2026-cı il Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan ABŞ turnirdən əvvəl beynəlxalq futbol komandalarının qarşılanması ilə bağlı qalmaqallı addımla gündəmə gəlib.
“BUTA.TV” xəbər verir ki, Nyu-Yorkda hazırlıq oyunları üçün ölkəyə gələn Özbəkistan milli komandası avtobusdan düşən kimi ciddi təhlükəsizlik yoxlamasına məruz qalıb.
Futbolçular metal detektorlardan keçirilərək, xüsusi təlim keçmiş narkotik itləri ilə axtarılıb.
Oxşar görüntülərin Seneqal milli komandasının ABŞ-yə gəlişi zamanı da qeydə alındığı bildirilir. Hava limanında və uçuş zolağı yaxınlığında futbolçuların genişmiqyaslı təhlükəsizlik yoxlamasından keçirildiyi, bəzi hallarda ayaqqabılara qədər yoxlamaların aparıldığı iddia olunur.
Məlumata görə, yoxlamalar zamanı istifadə edilən itlərin narkotik maddələrin aşkarlanması üzrə təlim keçmiş xüsusi xidmət heyəti olduğu qeyd edilir. Bu isə futbolçuların sanki potensial cinayətkar kimi qəbul edilməsi ilə bağlı narazılıqlara səbəb olub.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio