Məşhur kontent yaradıcısı Selin Dept futbol ulduzu Kriştianu Ronaldonu gördüyü an emosional anlar yaşayıb. Görüş zamanı o, göz yaşlarına hakim ola bilməyib.
“BUTA.TV” xəbər verir ki, görüşün səmimi atmosferində Ronaldo Selini sakitləşdirməyə çalışıb.
Portuqaliyalı ulduz ona yaxınlaşaraq “Ağlama, göz yaşlarını sil. Sən, həqiqətən, gözəlsən” sözlərini deyib.
Selin Dept görüşdən sonra şəxsi instaqram hesabında görüşlə balı duyğularını bölüşüb: “Bunun gerçək olduğuna inana bilmirəm. Bu gün böyük kumirim Kriştianu Ronaldo ilə görüşmək şansım oldu. Məni təkcə futbol oynamağa başlamağa ilhamlandırmayan, həm də çox çalışmaq, özümə inanmaq və heç vaxt təslim olmamaq üçün motivasiya verən insan. Bir çox insan üçün əsl ilham mənbəyi. Bu, heç vaxt unutmayacağım bir gündür. Bu qədər mehriban olduğunuz üçün təşəkkür edirəm, Ronaldo, səmimi qarşılama üçün təşəkkür edirəm, Portuqaliya, həmişə yanımda olduğunuz üçün təşəkkür edirəm, Miçiel və hər gün məni dəstəklədiyiniz üçün hamınıza çox təşəkkür edirəm.
Və gözəl bir əlavə: sabah başqa bir şey olacaq... Bəli”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio