2026-cı il Dünya Çempionatında ilk dəfə tətbiq edilən yeni qayda Türkiyə-Paraqvay oyununda tarixə düşən qərarla nəticələnib.
“BUTA.TV” xəbər verir ki, Paraqvay millisinin futbolçusu Migel Almiron ilk hissəyə əlavə olunmuş 45+3-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Hakimin bu qərarı verməsinə səbəb Almironun Türkiyə millisinin müdafiəçisi Mert Müldürlə mübahisə zamanı əli ilə ağzını örtərək danışması olub. FIFA-nın bu mundialdan qüvvəyə minən yeni qaydalarına əsasən, oyunçuların bu cür hərəkəti qadağan edilib və birbaşa qırmızı vərəqə ilə cəzalandırılır.
Beləliklə, Migel Almiron Dünya Çempionatında bu qayda əsasında qırmızı vərəqə alan ilk futbolçu kimi tarixə düşüb.
Qırmızı vərəqədən sonra Paraqvay ikinci hissəni 10 nəfərlə davam etdirməli olacaq.

- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio