ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin zərərsizləşdirilməsini “Yaxın Şərq tarixinin ən mühüm hadisələrindən biri” adlandırıb.
BUTA.TV xəbər verir ki, Tramp Süleymaninin son 100 ildə ən çox qorxu yaradan şəxslərdən biri olduğunu və hətta İranın ali dini rəhbərliyinin nümayəndələri tərəfindən də ehtiyatla qarşılandığını bildirib.
Tramp əlavə edib ki, Süleymani ABŞ-ın beş hərbi bazasına qarşı hücum hazırlayırmış.
Trampın iddiasına görə, onun öldürülməsi planlaşdırılan hücumdan təxminən bir həftə əvvəl həyata keçirilib.
ABŞ prezidenti qeyd edib ki, bu əməliyyat regionda təhlükəsizliyin təmin olunmasına və mümkün itkilərin qarşısının alınmasına xidmət edib.
Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarında İraqın paytaxtı Bağdad yaxınlığında ABŞ-ın həyata keçirdiyi hava əməliyyatı nəticəsində öldürülüb.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio