“Qarabağ”da növbəti ayrılıq yaşanıb.
BUTA.TV Sportinfo.az-a istinadən xəbər verir ki, Kevin Medinanın ardınca Leandro Andrade də komandanı tərk edib. Kabo-Verdedən olan cinah oyunçusu daha yaxşı maliyyə şərtlərinə görə iş yerini dəyişmək qərarına gəlib.
O, karyerasını Avropada davam etdirəcək.
Həm özü yaxşı qazanacaq, həm də transferə görə “Qarabağ”a qazandıracaq.
“Qarabağ”ın yaxın saatlarda ayrılıq xəbərini bəyan edəcəyi gözlənilir.
2022-ci ilin yanvar ayından “köhlən atlar”ın şərəfini qoruyan 26 yaşlı futbolçu bütün turnirlərdə 213 oyunda meydana çıxmaqla 60 qol vurub, 61 qolun ötürməsini verib.
“Qarabağ” mövsüm başa çatandan sonra Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmaee, Toral Bayramov və Kevin Medina ilə rəsmən yollarını ayırıb.
Elvin Cəfərquliyevlə Abbas Hüseynov isə əsas komandadan uzaqlaşdırılıb.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio