Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 40-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacaq.
- Prezidentlər tanınmış şəxsiyyətlərin güllələnmiş büstlərinə baxdı
- AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar...
- Dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlar and içdilər
- Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular
- Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələr...
- “İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video
- İmişlidə ticarət obyektləri yanır
- Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində...