Xamenei ordunun başına onu gətirdi

20:16 - 10 Avqust 2026 - GÜNDƏM

 Xamenei ordunun başına onu gətirdi

İranın Ali Rəhbəri Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Abdollahini ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib.

BUTA.TV” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Tehran rəsmiləri yayıb.

Qeyd olunur ki, təyinatdan öncə Müctəba Xamenei son üç ayda ilk dəfə Prezident Məsud Pezeşkian ilə görüş keçirib. Ayətullahın dəftərxanasından verilən məlumatda tərəflərin əhalinin ehtiyaclarının təmin edilməsi, ABŞ ilə davam edən hərbi münaqişə, onun perspektivləri və xarici tərəfdaşlarla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirilib.

Görüş Məsud Pezeşkianın prezidentlik müddətinin üçüncü ilinin tamam olmasına həsr olunub.

Xatırladaq ki, Müctəba Xamenei ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatının ilk günündə atası-İranın Ali Lideri Əli Xameneinin öldürülməsindən sonra onun postuna keçib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol