5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab

21:06 - 10 Avqust 2026 - GÜNDƏM

 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab

Hövsan qəsəbəsində yerləşən MİDA yaşayış kompleksindəki uşaq bağçasında elektron qəbuldan keçən uşağın müəllim və qrup çatışmazlığı səbəbindən aylardır qəbul edilmədiyi iddia olunur.

BUTA.TV” xəbər verir ki, bu barədə jurnalist Rumiyyə Miraslan sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, artıq qəbuldan 5 ay keçsə də, hələ də xəbər yoxdur:

“Uşaq mart ayında elektron qəbulla Bakının Hövsan qəsəbəsində, MİDA-da yerləşən bağçaya qəbul olub. Anası sənədlərini yığıb aparıb, deyiblər ki, qrup, müəllim yoxdur, gedin oturun evdə, müəllim olanda, qrup yığılanda zəng edərik, gətirərsiniz uşağınızı”.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məktəbəqədər təhsil müəssisəsində yeni qrup yaradılıb və sorğular qəbul edilib.

“Qrupun fəaliyyətə başlamasının təmin edilməsi məqsədilə təhsil müəssisəsinin kadr təminatı ilə bağlı müvafiq tədbirlər görülür. Qrupun sentyabr ayından fəaliyyətə başlaması nəzərdə tutulur. Onu da qeyd edək ki, paytaxtda təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və məktəbəqədər təhsilə cəlb olunan uşaqların əhatə dairəsinin genişləndirilməsi baxımından dövlət tərəfindən davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir”.

Gülnar Əliyeva


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol