Dünya Çempionatının D qrupunda Türkiyə milli komandası ABŞ ilə qarşılaşıb və matçda tarixi an yaşanıb.
“BUTA.TV” xəbər verir ki, milli komandanın gənc ulduzu Arda Güler 10-cu dəqiqədə vurduğu qolla Türkiyənin turnirdə 24 illik qol həsrətinə son qoyub.
Bu qol Türkiyə millisinin DÇ-lərdə son 24 ildə vurduğu ilk qol kimi qeydə alınıb. Türkiyənin turnirdə son qolu 2002-ci ildə Cənubi Koreyaya qarşı keçirilən oyunda İlhan Mansız tərəfindən vurulmuşdu.
21 yaşlı Arda Güler bu qolu ilə təkcə komandasına deyil, şəxsi karyerasına da tarixi uğur yazdırıb. O, DÇ tarixində qol vuran ən gənc türk futbolçulardan biri olub və bu göstəricidə Emre Belözoğlunu geridə qoyub.
Belözoğlu 21 yaş 275 günündə qol vurarkən, Arda Güler 21 yaş 120 günlə bu rekordu yeniləyib.
Arda Gülerin qolu həm azarkeşlər, həm də komanda üçün dönüş nöqtəsi kimi qiymətləndirilir.
- İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi
- Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanıldı
- Ağcabədidə ağır qəza: ölən var
- Ordumuz yeni modelə keçir, gücünü artırır
- Arda DÇ-də rekorda imza atdı
- Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi - Yenilənib - Video
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva