İyunun 26-da Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Bakı Bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkilib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiya ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır.
- AZAL-dan Naxçıvan reysləri ilə bağlı məlumat
- Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı
- Türkiyədə 800 minlik saxta evlilik - Azərbaycanlı qadın həbs edildi - Video
- Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
- Bakıda boğazı kəsilən gənc motosikletlə qardaşının yanına getdi
- Təhlükə var, amma xəbərdaredici nişan quraşdırılmayıb - Video
- Yağış nə vaxt kəsəcək? - Proqnoz
- Çimərliyə getmək istəyənlərin nəzərinə!