İyunun son günlərində Yer kürəsində geomaqnit aktivliyində artım müşahidə olunacaq.
BUTA.TV Milli.az-a istinadla xəbər verir ki, mütəxəssislər bildirirlər ki, güclü maqnit qasırğası gözlənilməsə də, bəzi günlərdə orta səviyyəli təsirlər hiss oluna bilər.
Məlumata görə, 26 və 27 iyun tarixlərində geomaqnit aktivliyi nisbətən yüksək olacaq. Bu günlərdə Kp indeksi 3,7 səviyyəsinə çata bilər ki, bu da orta dərəcəli geomaqnit pozuntusu hesab olunur. Xüsusilə səhər və axşam saatlarında təsirin daha çox hiss ediləcəyi qeyd edilir.
28 iyunda aktivliyin tədricən azalacağı və Kp indeksinin 3 səviyyəsinə enəcəyi gözlənilir. 29 və 30 iyun tarixlərində isə Günəş aktivliyinin zəifləyəcəyi, geomaqnit sahəsinin əsasən sabit qalacağı bildirilir.
Mütəxəssislər vurğulayırlar ki, bu göstəricilər təhlükəli səviyyə hesab edilmir və əksər insanlar heç bir narahatlıq hiss etməyə bilər. Bununla belə, meteohəssas şəxslər, yaşlı insanlar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə bəzi əlamətlər yarana bilər.
Bu əlamətlər arasında baş ağrısı, yorğunluq, yuxu pozğunluğu, təzyiq dəyişiklikləri, ürəkdöyünməsinin sürətlənməsi, əsəbilik və diqqət dağınıqlığı yer alır.
Həkimlər belə günlərdə qəhvə və energetik içkilərin qəbulunu azaltmağı, kifayət qədər su içməyi, yüngül qidalanmağı və ən azı 7-8 saat yatmağı tövsiyə edirlər. Həmçinin təmiz havada gəzinti etmək və günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmamaq məsləhət görülür.
- AZAL-dan Naxçıvan reysləri ilə bağlı məlumat
- Şabranda itkin düşən kişinin meyiti göldə tapıldı
- Türkiyədə 800 minlik saxta evlilik - Azərbaycanlı qadın həbs edildi - Video
- Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
- Bakıda boğazı kəsilən gənc motosikletlə qardaşının yanına getdi
- Təhlükə var, amma xəbərdaredici nişan quraşdırılmayıb - Video
- Yağış nə vaxt kəsəcək? - Proqnoz
- Çimərliyə getmək istəyənlərin nəzərinə!