Dərnəgül yolunda dəhşətli hadisə - Video

12:29 - 27 İyun 2026 - GÜNDƏM

 Dərnəgül yolunda dəhşətli hadisə - Video

Bu gün səhər saatlarında paytaxtın Nərimanov rayonunda ağır yol qəzası baş verib.

BUTA.TV”nun əldə etdiyi məlumata görə, saat 07:50-də Ziya Bünyadov prospektində, Dərnəgül yolunda BMW markalı avtomobil körpünün üzərində idarəetmədən çıxıb. Nəticədə, avtomobil yolun ortasındakı işıqlandırma dirəyinə çırpılıb.

Dirək isə aşaraq əks istiqamətdə öz yolu ilə hərəkətdə olan “Daewoo Gentra” markalı avtomobilin ön şüşəsini qıraraq salonuna girib. Nəticədə, həmin avtomobilin sürücüsü ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol