İmişlidə yerləşən restoranların birində keçirilən toy məclisindən 13 yaşlı yeniyetməni evlənmək məqsədilə qaçıran 1988-ci il təvəllüdlü Cavanşir İsmayılov 8 il sonra həbs olunub.
BUTA.TV Xitab24.az-a istinadla xəbər verir ki, o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, Cavanşir İsmayılov öz əmisi oğlunun toy məclisində yeniyetmə qızı görüb və onu bəyənib. Rəqs zamanı isə Cavanşir qıza onu qaçırmaq istədiyini bildirib, yeniyetmə isə buna etiraz etməyib. Toydan birlikdə qaçan şəxslər 8 ay birgə yaşayıb, sonra qız müxtəlif səbəblərə görə ailəsinin yanına qayıtmaq məcburiyyətində qalıb.
Sözügedən toy məclisi 2018-ci ildə baş versə də, istintaqdan yayınan C. İsmayılov bu il Gürcüstanda saxlanılıb. Barəsində axtarış elan olunan təqsirləndirilən şəxs Gürcüstan daxili işlər orqanları tərəfindən saxlanıldıqdan sonra Azərbaycana ekstradisiya olunub.
Cavanşir İsmayılov Cinayət Məcəlləsinin 152.2-ci maddəsi üzrə təqsirli bilinib.
- Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video
- “Qafqaz Qartalı - 2026”dan maraqlı görüntülər - Video
- “Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
- Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi - Foto
- Bakıda 64 yaşlı kişi hərbi xidmətə çağırıldı
- Hərbi xidmətə çağırışla bağlı yaş həddinin 30-a endirilməsi...
- Toydan 13 yaşlı qızı qaçırdı: 8 il sonra həbs olundu...
- Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video