Təsdiq olunmuş əməkdaşlıq planına əsasən, Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında keçirilən “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təlimi başa çatıb.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, təlimin bağlanış mərasimində iştirakçı ölkələrdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Çıxış edənlər təlimin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edib, hər üç ölkənin xüsusi təyinatlı bölmələrinin birgə fəaliyyətlərindən məmnunluqlarını bildiriblər.
Təlimin ölkələrimiz arasında təhlükəsizlik və müdafiə sahəsində regional əməkdaşlığın, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğu bildirilib.
Təlim zamanı xüsusi təyinatlılar şərti hədəfə basqın, yarımqruplar tərkibində binanın təmizlənməsi, mühəndis partlayışlarının həyata keçirilməsi, helikopterlərdən desant endirilməsi, şərti düşmənin zərərsizləşdirilməsi və digər epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.
İştirakçı ölkələrin yüksək rütbəli zabitləri təlimin gedişini izləyiblər. Xüsusi təyinatlıların fəaliyyətləri təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb.
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”
- 500-dən çox əməkdaş məsuliyyətə cəlb olunub - General
- Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video
- Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
- Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video
- “Qafqaz Qartalı - 2026”dan maraqlı görüntülər - Video
- “Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video