Mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.
“BUTA.TV” Ölkə.az-a istinadən xəbər verir ki, 10 ildir xəstəxananın baş həkimi olan Könül Xəlilova vəzifəsindən azad olunub.
Artıq tibb müəssisəsinə yeni baş həkim təyin edilib. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək “Caspian International Hospital”ın baş həkimi işləyib.
Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. 2025-ci ildə onun vəfatından sonra xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib.
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi - Fotolar
- Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş
- Fayton gələr, toz eylər... - Fotolar
- Güclü külək əsəcək – Xəbərdarlıq
- Şagirdlərin telefonlardan istifadəsi qadağan edildi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı - Foto