Ərzaq bazarlarında vəziyyət ürəkaçan deyil.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və Xəzər TV televiziya kanalına birgə müsahibəsində deyib.
Qoşqar Təhməzlinin sözlərinə görə, ərzaq bazarlarında isə ümumilikdə 84 ərzaq bazarında yoxlama aparılıb. Onlardan 17 ərzaq bazarında aşkar edilmiş nöqsanlar tam aradan qaldırılıb və qanunvericiliyin tələblərinə uyğun sağlamlaşdırma işləri həyata keçirilib:
“Səkkiz bazarda nöqsanlar qismən aradan qaldırılıb. Digər 59 bazarda isə nöqsanların aradan qaldırılması istiqamətində işlər hazırda davam etdirilir. Fürsətdən istifadə edərək bazar sahiblərinə və rəhbərlərinə müraciət etmək istəyirik ki, mövcud nöqsanları ən qısa zamanda aradan qaldırsınlar. Əks təqdirdə, heyvan bazarlarında tətbiq etdiyimiz yanaşmada olduğu kimi, həmin obyektlərdə də dövlət nəzarəti tədbirləri həyata keçiriləcək və sağlamlaşdırma işlərinin icrasına ciddi nəzarət olunacaq”.
- Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı
- Bakıda qeyri-adi hadisə : "Prius" pilləkəndə qaldı - Video
- Leyla Əliyeva pianoda xalq mahnısını ifa etdi - Video
- “Nərimanov” metrostansiyasının çıxışı bağlanır?
- Bakıdakı bazarlar bağlanacaq? - Rəsmi
- İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - Video
- Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2,5 metr azalıb
- Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı - İlk açıqlama