Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən 36 nömrəli binanın sakinləri yaşadıqları binada "Nuka" MTK-nın apardığı söküntü işlərindən narazıdırlar.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, onlar binada yaşadıqları halda söküntü işlərinə başlanıldığını bildiriblər.
Sakinlər iddia edirlər ki, ötən illər ərzində bina qəzalı vəziyyətdə olmayıb və onların həyatı üçün hər hansı təhlükə yaratmayıb. Buna baxmayaraq "Nuka" MTK binada söküntü işlərinə başlayıb.
Söküntü işlərini həyata keçirən şirkətin sədri Yalçın Kazımov isə sakinlərin səsələndirdikləri iddialarla razılaşmadı. O bildirdi ki, Masallı şəhərində qəzalı və istismar müddəti başa çatmış yaşayış binaların söküntüsünə start verilib. Evi sökülən ailələr yeni mənzillərə köçənədək aylıq kirayə haqqı ilə təmin olunacaqlar.
Yalçın Kazımov onu da qeyd etdi ki, layihə şəhərsalma qanunvericiliyinə uyğun həyata keçirilir.
Ərazidə 12 ədəd hündürmərtəbəli yaşayış binasının, həmçinin uşaq bağçası, park, yaşıllıq zolaqları və idman-əyləncə obyektlərinin inşası nəzərdə tutulur.
- Hərbçimiz futbol oynayan zaman öldü - Foto
- Türkiyə ilə bu mövzuda təcrübə mübadiləsi aparıldı
- Bakıda marşrut avtobusu ağaca çırpıldı, yaralanan var - Video - Yenilənib
- Ermənistana 976 ton buğda göndərildi
- “Azenco”nun sabiq rəhbəri həbs edilib
- Federasiya rəhbəri dövlət torpaqlarını qanunsuz satırmış…
- Eldar Əzizov onu rəis təyin etdi
- General təqaüdə göndərildi - Foto