Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.
Qeyd edilib ki, apellyasiya komissiyasına müraciət etmək istəyənlər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
- Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
- Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
- Ağdamda ağır qəza: 6 nəfər...
- Evində yıxıldı, 4 gün sonra öldü
- Paşinyanın adı həmin siyahıdan çıxarıldı - Yenilənib
- Bakıda bağ evlərində istirahət neçəyə başa gəlir? - Siyahı
- Bu uşaqlara smartfon verilməməlidir - Ekspert
- “Kristal” və “Florim” arasında memorandum imzalandı