Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, adıçəkilən yolda 99 UA 251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Bir həftədə təbiətə 211 min manatdan çox ziyan vuruldu
- 33 il sonra nəşi tapılan Mədinə Babayeva dəfn olundu
- Azərbaycanda 14 klinika cərimələndi
- "Tarqovı"da küçə zəbt edilib? - Açıqlama
- Rəqəmsal inkişafın yeni mərhələsi başlayıb - Deputat
- Nazirin müşavirinə yeni vəzifə verildi
- Üç marşrutun hərəkət istiqaməti dəyişdirilir