"Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı

17:36 - 4 İyul 2026 - GÜNDƏM

İsmayıllı rayonunda "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

BUTA.TV xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol