Diqqət: Daşınmaz əmlak bahalaşır...

00:39 - 5 İyul 2026 - GÜNDƏM

 Diqqət: Daşınmaz əmlak bahalaşır...

Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin iyun ayı üzrə daşınmaz əmlak indekslərini təqdim edib. Məlumata görə, bazarda mülayim və dayanıqlı artım meyli davam edir. İyun ayında ümumi bazarın vəziyyətini əks etdirən kompozit (ümumi) indeks 106.7 bənd təşkil edib. Bu, may ayı ilə müqayisədə 0.7%, baza dövrü sayılan 2025-ci ilin dekabrına nisbətən isə 6.7% artım deməkdir.

BUTA.TV Banker.az-a istinadən xəbər verir ki, bazarın ayrı-ayrı seqmentləri üzrə vəziyyət aşağıdakı kimidir:

Bazarın əsas hərəkətverici qüvvəsi yenə də torpaq sahələri olub. Bu istiqamətdə indeks 118.1 bəndə yüksəlib. Premium ərazilərə, eləcə də developer (böyük tikinti və investisiya) layihələrinə tələb yüksək olaraq qalır.

2. Mənzil bazarı

Yeni və köhnə tikililər arasında balans qorunur, qiymət artımı fundamental amillərə əsaslanır:

Yeni tikili mənzillər: 104.8 bənd

Köhnə tikili mənzillər: 104.0 bənd

Fərdi yaşayış evləri: 104.7 bənd (Burada qiymətləri əsasən torpağın bahalaşması diktə edir).

3. Kommersiya əmlakı və Kirayə bazarı

Kommersiya (Satış): İndeks 104.8 bəndə yüksəlib.

Kommersiya (İcarə): May ayındakı artımdan sonra sabitləşmə qeydə alınıb və indeks 104.9 bənd olub.

Kirayə mənzillər: Sakitlikdir. Yeni tikililərdə kirayə indeksi 101, köhnə tikililərdə isə 100 bənd olmaqla sabit qalıb.

4. Qaraj bazarı

Əvvəlki aylardakı kəskin artım tempindən sonra iyun ayında daha tarazlı mərhələyə keçid müşahidə olunub (indeks: 110.6 bənd).

Mövcud dinamika göstərir ki, 2026-cı ilin ikinci yarısında daşınmaz əmlak bazarında kəskin qiymət dalğalanmaları gözlənilmir. Risk səviyyəsi aşağıdır və artım tendensiyası əsasən torpaq bazarı ilə premium seqment hesabına davam edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol