Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.
Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi
- “İdmançı meydana cəngi sədaları altında yox, mərsiyə ilə çıxır”
- Su ilə bağlı vacib suallara aydınlıq gətirildi
- Buna görə cərimələr müəyyənləşir
- Sabah intensiv yağış yağacaq
- Tiflisə qatarla getmək istəyənlərə şad xəbər