“Konstitusiyada Azərbaycan dövlətinin prinsipləri əks olunub. Bunlardan biri Azərbaycanın dünyada unitar dövlət olması prinsipidir”.
“BUTA.TV” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında bildirib.
“BUTA.TV”nu yeni instaqram səhifəsində izləyin!
“Son zamanlar cənubda, qərbdə azərbaycanlıların yaşadığı müxtəlif ölkələrdə çox mənfi istiqamətlərdə Azərbaycana təsir göstərilir. Hətta Azərbaycanın özündə belə bu məsələnin qorunmasına həssaslığımız yetərincə deyil.
Adicə bu yaxınlarda qaydasız döyüş üzrə idman yarışı keçirildi. Baxırsan ki, Azərbaycanı təmsil edən idmançı artıq uvertüra ilə, cəngi sədaları altında yox, mərsiyə sədaları altında meydana çıxır. Beləliklə özünün dini ideoloji təbliğatını aparır. Bura gələndə də Azərbaycan bayrağı əvəzinə hansısa ölkələrdə populyar olan dini ideoloji şüarlar səsləndirir. Biz hamımız isə bunu sakitcə müşahidə edirik. Bunlar addım-addım çoxaldıqca, Azərbaycan dünyəvi dövlətinin mahiyyətinin, prinsiplərinin zədələnməsi qarşısıalınmaz bir vəziyyətə çevrilə bilər”, - F.Mustafa qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torresə qalib gəlib. O, həmin döyüşə mərsiyə sədaları ilə çıxıb, bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Nuranə Daxilqızı
- Prezident fərman imzaladı
- Bakı-Tiflis qatarında ciddi qiymət endirimləri... - Rəsmi
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video
- Ölkəmizə görünməyən hücumlar: hər saat olur… - Çağırş
- Sığorta ödənişləri ilə bağlı dəyişiklik...
- Tramp Türkiyədədir - Ərdoğan şəxsən qarşıladı - Yenilənib
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama