Özbəkistan Azərbaycanla Xəzər dənizində birgə donanma yaratmağı və "Uztemiryulkarqo" ASC ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC arasında birgə müəssisə təsis etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a müsahibəsində Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.
"Bu təşəbbüslər multimodal daşımaların səmərəliliyini artırmağa, logistika zəncirlərini daha dayanıqlı etməyə və ixracatçıların nəqliyyat xərclərini azaltmağa imkan verəcək", - o deyib.
Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlarla birgə marşrutun rəqabət qabiliyyətinin artırılması üzrə işlər davam edir:
"Xüsusilə, Özbəkistanın ixracatçıları üçün yüklərin aşırılmasına güzəştlərin tətbiqi, kompleks tarif həllərinin tətbiqi, logistika prosedurlarının optimallaşdırılması, həmçinin konteyner və ixrac yüklərinə prioritet xidmət göstərilməsi də daxil olmaqla əlavə dəstək tədbirləri müzakirə olunur".
X. Teşabayev qeyd edib ki, Bakı limanı artıq bu gün Orta Dəhliz vasitəsilə Özbəkistan məhsullarının xarici bazarlara çıxışının təmin edilməsində əsas rol oynayır və regionun tranzit potensialının inkişafı üçün strateji cəhətdən mühüm logistika qovşaqlarından biridir:
"Biz onun infrastrukturundan Özbəkistan ixracatçıları tərəfindən istifadənin səmərəliliyini yüksək qiymətləndiririk. Son illərdə bu marşrut üzrə yükdaşımaların həcmi davamlı olaraq artır, ixrac edilən məhsulların nomenklaturası genişlənir, ölkələrimizin nəqliyyat-logistika operatorlarının qarşılıqlı fəaliyyəti möhkəmlənir".
- Misir Argentinaya qalib gəlir - Canlı-Yenilənir
- DTX Akademiyasında növbəti məzun buraxılışı oldu - Video
- Özbəkistan Azərbaycanla birgə donanma yaratmağı planlaşdırır
- İlham Əliyevin G20 sammitinə dəvət olunması... - Deputat
- Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi
- Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
- “Slimlux” və başqa arıqlama məhsullarında təhlükəli maddə - Psixikanı poza bilər+Fotolar
- BTQ bu seçkilərin nəticələrinə görə görüş təşkil etdi