İranın cənubunda yerləşən Buşehr ostanında partlayış səsləri eşidilib.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Hadisənin təfərrüatı açıqlanmır.
İran isə hücumlara cavab olaraq ABŞ-nin Bəhreyndə yerləşən Şeyx-İsa hərbi bazasına zərbələr endirib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, əgər ABŞ atəşkəs şərtlərini pozmağa davam edərsə, bu ölkənin regiondakı bütün bazaları vurulacaq.
Qeyd edək ki, İranın fəaliyyətdə olan yeganə atom elektrik stansiyası (AES) Buşehrin yaxınlığında yerləşir. ABŞ-İsrail-İran müharibəsi dövründə AES-in ətrafındakı ərazi bir neçə dəfə atəşə tutulub.
Xatırladaq ki, SEPAH bu gün ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
- “Park Yasamal”da hazır və tikintisi davam edən binalarda mənzillər...
- Xaçmazda əməliyyat: saxlanılanlar var
- Akademik Əjdər Məcidov vəfat etdi - Foto
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı