Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video

13:16 - 8 İyul 2026 - GÜNDƏM

 Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video

Bakıda yolda texniki nasazlıqla üzləşmiş avtomobillərin sürücülərinin digər hərəkət iştirakçıları üçün xəbərdaredici işarələrdən istifadə etməməsi adi hala çevrilib.

BUTA.TV” xəbər verir ki, belə hadisələrdən biri Xəzər rayonu ərazisində - Zuğulba-Bilgəh yolunda qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil sürətli yolun döngə hissəsində texniki səbəbdən dayansa da, onunla eyni istiqamətdə gələn və görmə məsafəsi az olan digər nəqliyyat vasitələri üçün heç bir xəbərdaredici işarə qoymayıb. Nəticədə, yolda qəza şəraiti yaranıb.

Bu hal digər avtomobillər kimi, nasaz olan nəqliyyat vasitəsi və sürücüsü üçün də təhlükəlidir.

Bu xəbər hal-hazırda çox oxunur
Messi “davam” dedi... - Yenilənib+Video

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda texniki nasazlıq səbəbindən qalan avtomobil ağır qəzaya səbəb olmuş və tanınmış hüquqşünas Fərhad Mehdiyevin motosikletlə hərəkət edən qızı həlak olmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol