Paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə bir sıra küçələrdə təmir işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BUTA.TV-a bildirilib ki, iyulun 16-dan Nəsimi rayonu üzrə Ağadadaş Qurbanov küçəsində, Yasamal rayonu üzrə Şeyx Məhəmməd Xiyabani küçəsində, həmçinin Nizami rayonu üzrə Əliağa Kürçaylı küçəsində təmir işləri aparılacaq.
İyulun 17-dən isə Nizami rayonu ərazisində C.Naxçıvanski küçəsində (8-ci kilometr bazarının sağ və sol tərəfi), eləcə də Yasamal rayonu üzrə Ayna Sultanova küçəsində yol təmiri işlərinə start veriləcək.
Agentlikdən qeyd olunub ki, təmir işləri aparılan müddətdə işlərin gedişatına uyğun olaraq qeyd olunan yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.
- Köhnə yara, yeni oyun - Bir adanın kölgəsində
- İnternetdə nasazlıq: 41 namizəd imtahan verə bilmədi
- Sabah Bakının bu ərazilərində işıq olmayacaq
- Gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı
- Bakıda bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
- Argentina ardıcıl ikinci dəfə finalda! - Video-Yenilənib
- Mehdiyevdən bu rayonların sakinlərinə xoş xəbər
- Sükanı siyasətdən BYD-yə çevirdi