İlham Əliyev Donald Trampa təşəkkür etdi

18:41 - 16 İyul 2026 - GÜNDƏM

 İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib.

BUTA.TV” xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib.

Paylaşımda deyilir: “Cənab Prezident,

Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart” nəşrinə istinadən Sizi “Sülh İnsanı” kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.

Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.

Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.

Siz həqiqətən də Sülh İnsanısınız”.

Həmin paylaşımı təqdim edirik:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol