Gəmi kapitanı Səmədin nəşi tapıldı

20:47 - 16 İyul 2026 - GÜNDƏM

 Gəmi kapitanı Səmədin nəşi tapıldı

Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.

BUTA.TV” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq:

“Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol