FIFA DÇ-dən bu qədər pul qazandı

19:35 - 19 İyul 2026 - GÜNDƏM

 FIFA DÇ-dən bu qədər pul qazandı

FIFA bu yay baş tuan dünya çempionatından əldə olunan rekord gəliri açıqlayıb.

BUTA.TV” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, ali futbol qurumu turnirdən 15 milyard dollar (25,5 milyard AZN) gəlir əldə etdiyini bəyan edib. Bu, əvvəlcədən proqnozlaşdırılan 11 milyard dollardan xeyli çoxdur.

Bildirilib ki, gəlirin artmasına əsas səbəb VIP paketləri və biletlərin, xüsusilə də ikinci satış bazarında yüksək qiymətə satılması olub. FIFA bu satışlardan həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya alır.

Bu xəbər hal-hazırda çox oxunur
İspaniya dünya çempionudur! - Video-Yenilənib

Qeyd edək ki, İspaniya-Argentina finalı üçün satışda qalan VIP biletlərin qiyməti bir nəfər üçün 34 min 500 dollar (58 min 600 AZN) təşkil edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol