ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
“BUTA.TV” xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq.
Nyu-York şəhərindəki “MetLife” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.
***
Millilərin start heyətləri açıqlanıb:
Argentina: Emiliano Martines, Qonzalo Montiel, Kristian Romero, Lisandro Martines, Nikolas Talyafiko, Rodriqo De Paul, Aleksis Mak Allister, Entso Fernandes, Niko Qonsales, Lionel Messi, Julian Alvares.
İspaniya: Unai Simon, Pedro Porro, Pao Kubarsi, Aymerik Laport, Mark Kukurelya, Rodri, Fabian Ruis, Lamin Yamal, Dani Olmo, Aleks Baena, Mikel Oyarzabal.
***
Matç başladı.
***
Fasilə
***
İkinci hissə başladı.
***
Enzo Fernandez 90+3-cü dəqiqədə qırmızı vərəqə aldı.
***
Əsas vaxtda qapılara qol vurulmadı. Əlavə vaxt oynanılacaq.
***
Əlavə vaxtın ilk hissəsi başladı.
***
Əlavə olunmuş ilk hissə başa çatdı.
***
Əlavə olunmuş ikinci hissə başladı.
***
İspaniya hesabı açdı. Ferran Torres 106-cı dəqiqədə hesabı açdı.
***
Matç başa çatdı. İspaniya ikinci dəfə dünya çempionu oldu.
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi
- MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü
- Göldə boğulub ölən ata-qızın - Fotoları
- Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi
- Lukaşenko azərbaycanlı sənətçini təltif etdi
- Prezident Almaniyadadır - Fotolar+Yenilənib
- Sosial şəbəkələrdə yayılan bu məlumat saxtadır - Xəbərdarlıq