Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“BUTA.TV” “Naxçıvan xəbərləri”nə istinadla xəbər verir ki, qəza Naxçıvan–Sədərək magistral avtomobil yolunun 22-ci kilometrliyində, Yeni Kərki kəndi ərazisindən keçən hissədə qeydə alınıb.
Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2010-cu il təvəllüdlü Mirməhərrəm Afət oğlu Seyidov hadisə yerində həyatını itirib.
Qəza zamanı 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə, 1981-ci il təvəllüdlü Rüqəyyə Bağır qızı Seyidova və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.
Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Hyundai” avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızını, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyya Məmmədbağır qızını və 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Qəza nəticəsində avtomobildə olan bir nəfər sərnişin vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
- Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?
- Bakı və Astaranın bir hissəsi işıqsız qalacaq
- Kəlbəcərə dolu düşdü
- Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi
- Keyne Yamalın məşhurluğuna yenə ortaq oldu... - Fotolar
- Argentina antirekordla tarixə düşdü - Foto
- Finaldan sonra əlbəyaxa dava - Video
- Messi məğlubiyyətə ağladı - Fotolar