Sevincin və məyusluğun fövqündə olan anlar... - Video

10:08 - 19 İyul 2026 - GÜNDƏM

 Sevincin və məyusluğun fövqündə olan anlar... - Video

2026-cı il dünya çempionatında üçüncü yer uğrunda keçirilən və İngiltərənin Fransanı 6:4 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra yaşanan bir an sosial şəbəkələrdə böyük maraq doğurub.

BUTA.TV” xəbər verir ki, gərgin və bolqollu oyunun ardından hər iki komandanın bir neçə futbolçusu meydanın mərkəzində bir araya gələrək birlikdə dua edib.

Qələbə sevinci və məğlubiyyət məyusluğunun kölgəsində baş tutan bu an futbolsevərlər tərəfindən idmanda hörmət və həmrəyliyin nümunəsi kimi qiymətləndirilib.

Azarkeşlər oyundan sonra yaşanan bu səmimi anın rəqabətin fövqündə duran dostluq və qarşılıqlı hörmət mesajı verdiyini vurğulayıblar. Görüntülər dünya çempionatının ən yaddaqalan epizodlarından birinə çevrilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol