Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi

12:03 - 19 İyul 2026 - GÜNDƏM

 Azərbaycanda silah zavodunun poliqonunda yanğın baş verdi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol