Bakıda mağazada döyülən qadın danışdı - Video

12:45 - 20 İyul 2026 - GÜNDƏM

 Bakıda mağazada döyülən qadın danışdı - Video

Bakıda yerləşən mağazaların birində qadına qarşı zorakılıq edilib.

BUTA.TV xəbər verir ki, zərərçəkmiş Sevil Manafova hadisənin təfərrüatlarını danışıb.

O bildirib ki, ötən ay aqressiv davranışlarına görə işdən azad edilən Zamiq Xəlilov onu təqib edərək dəfələrlə öldürəcəyi ilə hədələyib:

“Aqressiv davranışlarına görə ötən ayın 25-də onu işdən azad etdilər. İşdən çıxandan sonra daha da quduzlaşmışdı. İyulun 17-də pişik yemi almaq üçün bir xanımla mağazaya girdim. Gördüm ki, qapıda dayanıb var-gəl edir. Qorxdum, mağazada gözlədim. Sonra qəfil içəri daxil oldu, söyüş söyməyə başladı. Dedim ki, söyüşlərinə görə polisə zəng edəcəyəm. Telefonumu götürəndə mənə hücum çəkdi. İyulun 17-dən bu yana həkimlərdəyəm. Bütün əsəblərim pozulub, qabırğalarım əzilib. Bu insan demişdi ki, səni doğrayacağam”.

Bu xəbər hal-hazırda çox oxunur
Tennis Akademiyasında ölüm

Daha ətraflı Xəzər TV-nin süjetində:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol