Sosial şəbəkələrdə zoomağazada qadına qarşı zorakılıq göstərildiyini əks etdirən görüntülər paylaşılıb.
“BUTA.TV” xəbər verir ki, zərərçəkmiş qadının qızı hadisənin videosunu yayaraq, şiddət törədən şəxsin anasını öldürməklə hədələdiyini bildirib:
“Anamı bıçaqla öldürməklə hədələyib və sonra döyməyə başlayıb. Anamın üzünə və sol qabırğasına bir neçə dəfə vurub. Hazırda anamın şiddətli ağrıları var”, - deyə o qeyd edib.
Əldə etdiyimiz məlumata görə, Bakıda qadına qarşı zorakılıq törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Keçirilən tədbirlərlə 1982-ci il təvəllüdlü Zamiq Xəlilov saxlanılıb.
Araşdırma aparılır.



- Messi məğlubiyyətə ağladı - Fotolar
- Hikmət Hacıyev ispan pilotlarla bağlı filmi paylaşdı - Video
- İspaniya dünya çempionudur! - Video-Yenilənib
- Bakıda nərd turniri keçiriləcək
- Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
- FIFA DÇ-dən bu qədər pul qazandı
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...