İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu

15:51 - 18 İyul 2026 - GÜNDƏM

 İrana həmin zərbədən sonra 10 000 nəfər içməli sudan məhrum oldu

ABŞ-nin endirdiyi zərbədən sonra İranda azı 10 000 nəfər içməli su təchizatından məhrum olub.

BUTA.TV” xəbər verir ki, bu haqda “İnterfaks" məlumat yayıb.

Belə ki, iyulun 18-də – şənbə günü ABŞ silahlı qüvvələrinin duzsuzlaşdırma zavoduna zərbə endirməsi nəticəsində Hörmüzqan əyalətindəki 20 yaşayış məntəqəsinin sakinləri şirin su təchizatını itiriblər.

Yerli rəsmilərdən birinin sözlərinə görə, hücum nəticəsində bölgə sakinlərini gündəlik 3150 kubmetr su ilə təmin edən həmin müəssisədəki nasos stansiyası və transformator sıradan çıxarılıb. Hazırda ərazidə təmir işləri aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol