Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.
1997-ci il təvəllüdlü Əsgərova D. qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaralının yaxınlarının verdiyi məlumata görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.
- Sabahın hava proqnozu açıqlandı
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video
- Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
- Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video
- Bu qrupda müsabiqə vəziyyəti yüksək olacaq...
- Anar Bayramov bu xanıma yüksək vəzifə verdi - Foto