Metroda nə baş verib? - Video

11:48 - 30 İyul 2026 - GÜNDƏM

 Metroda nə baş verib? - Video

Ötən gün metronun "Azadlıq prospekti" stansiyasında qatarların hərəkətində problem yaranıb. Sosial şəbəkədə məlumat paylaşan vətəndaş bildirib ki, ödəniş edib platformaya düşən sərnişinlərə qatarların hərəkət etmədiyi deyilib.

BUTA.TV xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Unikal-a bildirib ki, 29 iyul tarixində saat 23:55 radələrində Bakı metropolitenini qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin "Memar Əcəmi–Dərnəgül" sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.

"Operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib", - deyə B.Məmmədov qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol