İsa Qəmbər 33 il sonra Qarabağda... - Video

12:09 - 30 İyul 2026 - GÜNDƏM

 İsa Qəmbər 33 il sonra Qarabağda... - Video

33 ildən sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər işğaldan azad edilmiş Qarabağa səfər edib.

BUTA.TV xəbər verir ki, Müsavat Partiyası başqanının müavini Mustafa Hacıbəyli səfərlə bağlı video və fotoları özünün Feysbukda paylaşıb.

Səfərdə İsa Qəmbərlə yanaşı, Müsavat Partiyasının Məclis sədri Arif Hacılı, Müsavat Partiyası Mərkəzi Aparatının sədri Gülağa Aslanlı, Müsavat başqanın müavini Razim Əmiraslanlı və digər partiya təmsilçiləri də iştirak ediblər. Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanında olub, Hadrutu ziyarət edib, həmçinin Azıx mağarasına qalxaraq bölgənin tarixi və təbii abidələri ilə tanış olub.

Qeyd edək ki, İsa Qəmbər əslən Füzuli rayonunun Kürdlər kəndindəndir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol