Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.
İlkin araşdırmalar zamanı hadisənin 77 PT 225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.
Xatırladaq ki, ötən günlərdə Ağdamın bir sıra kəndlərində yanğınlar baş verirdi.
- Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü - Foto
- Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcək
- Qızını boğan ata həbsdə öldü
- Baş nazirdən daha bir qərar
- Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
- Dənizdə batan digər qardaşın da meyiti tapıldı
- Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi
- Əmisi ilə dənizdə batan yeniyətmənin meyiti tapıldı