Böyük Britaniyanın Baş naziri Endi Börnham hökumət başçısı vəzifəsinin icrasına başladıqdan iki həftə sonra məzuniyyətə gedir.
“BUTA.TV” xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Hakimiyyət orqanlarının məlumatına görə, o, vaxtını ailəsi ilə keçirəcək, lakin mütəmadi olaraq Nazirlər Kabineti ilə əlaqə saxlayacaq.
Dauninq Strit yeni baş nazirin istirahəti harada keçirəcəyi və məzuniyyətin hansı müddətə davam edəcəyi barədə məlumat açıqlamayıb.
Endi Börnhamın vəzifəsinin icrasına başladıqdan qısa müddət sonra məzuniyyətə çıxması müxalifətin tənqidinə səbəb olub. Belə ki, “Reform UK” partiyasının sədri Li Anderson baş naziri ölkə idarəetməsinə qeyri-ciddi yanaşmaqda və miqrasiya böhranı zamanı “qaçmaqda” ittiham edib.
“Bu, ölkəni ciddi şəkildə idarə etməyə hazır olan baş nazirin davranışı deyil”, - Anderson deyib.
Qeyd edək ki, parlament tətilinin bu dövrə təsadüf etməsi səbəbindən Britaniya liderləri ənənəvi olaraq məzuniyyətə məhz avqust ayında çıxırlar.
Xatırladaq ki, Endi Börnham iyulun 17-də Leyboristlər partiyasının yeni lideri seçilib və ölkənin yeni Baş naziri kimi bu postda Kir Starmeri əvəz edib. O, iyulun 20-dən etibarən səlahiyyətlərinin icrasına başlayıb.
- Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi
- Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü - Foto
- Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcək
- Qızını boğan ata həbsdə öldü
- Baş nazirdən daha bir qərar
- Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş
- Dənizdə batan digər qardaşın da meyiti tapıldı
- Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi