Bakıda və Abşeron yarımadasında avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
- AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı
- TuranBank gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
- Sabah bu ərazilərdə qaz olmayacaq
- Rusiyada Hüseyn Həsənov barəsində hökm çıxarıldı
- 11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
- Peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edildi
- Cəza çəkən şəxs məhkum yoldaşını buna görə öldürüb...
- “11 aylıq tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq”