Bu gün səhər saatlarında Balakən rayonu Katex kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“BUTA.TV” xəbər verir ki, “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanlar var.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Hadisə nəticəsində 3 nəfər ölüb.
Bunlar “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı, “Toyota”da olan Mütəllibov Rəşad Yaşar oğlu və Balakən rayon Katex kənd sakini 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızıdır.
1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu, 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlu xəsarət alıb.
- Azərbaycanın daha iki ölkədəki səfirləri geri çağırıldı
- Nərgiz Qurbanova vəzifəsindən geri çağırıldı
- Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı
- Rəsmi Tehrandan 3 ölkənin imzaladığı tarixi sazişə - Reaksiya
- Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
- 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
- Rayonlara yağış yağır, şimşək çaxır
- Nazirlik bu kosmetoloqla bağlı hərəkətə keçdi