Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 25 nəfəri uşaqlardır.
Onlar Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində xidmətlərə cəlb olunublar.
Həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə işlər aparılıb.
Qeyd şöbədə müasir tələblərə uyğun şəraitin yaradılıb və şöbəyə qəbul edilən şəxslər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri ilə əhatə olunurlar.
- Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi
- Dövriyyəsi 10 milyon olan onlayn mərc şəbəkəsi ifşa edildi
- 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı
- Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
- Tramp Əliyevin İranla bağlı fikrini öyrənib
- Ölkədə orta aylıq əmək haqqı 7% artıb
- İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı - Foto