Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı

17:39 - 10 Avqust 2026 - GÜNDƏM

 Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı

Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində 2026-cı ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 9,1 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib.

BUTA.TV Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yük daşımalarının həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb.

Əldə olunan nəticələr son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma, infrastrukturun modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal ticarət marşrutlarında baş verən dəyişiklikləri, həmçinin Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyinin və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol