Azcargo Logistics and Management Services MMC - “188” yükdaşıma şirkəti vətəndaşın pulunu mənimsəyib.
Bu barədə BUTA.TV-a şirkətin Sahib Mirzəyev adlı keçmiş əməkdaşı şikayətində bildirib.
Şikayətçinin sözlərinə görə, bir neçə ay əvvəl işdən çıxmaq üçün müraciət etsə də, şirkət tərəfindən müqaviləsinə hələ də xitam verilməyib:
“Fevral ayında rəsmi olaraq sürücü kimi şirkətdə işə düzəldim. Müqavilənin vaxtı bitdikdə isə xatırlatmağıma baxmayaraq, müqaviləni yeniləmədilər. Maaşım da aylıq 450 manat idi. Ancaq 3 ay ərzində mənə hissə-hissə 776 manat ödədilər. Aprel ayında maaşı düzgün şəkildə ala bilmədiyimi görüb, öz istəyimlə işdən ayrıldım.
Hazırda isə digər yükdaşıma xidmətində fəaliyyət göstərmək üçün bütün sənədlərimi hazır etmişəm, lakin 5 aydır ki, “188” yükdaşıma xidməti müqaviləmə xitam verməyib. Ona görə də, yeni şirkətdə işləyə bilmirəm. Bununla bağlı, dəfələrlə müraciət etsəm də, müraciətimə baxmırlar və zənglərimi açmırlar”.
Məsələ il bağlı “188” yükdaşıma xidməti ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab ala bilmədik.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə saytımıza verilən açıqlama bildirilib ki, vətəndaş Mirzəyev Sahib Sakit oğlunun müraciəti bu gün, 17.08.2026-cı il tarixində daxil olub:
“Müraciət Xidmət tərəfindən araşdırmaya götürülüb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.
- Qazaxıstan onu Azərbaycana təhvil verdi
- Şagirdlərin elektron yerdəyişməsi başlanılır
- TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
- ABŞ səfirliyi işçi axtarır: İllik 40 min manat maaş...
- Nikah və boşanmaların sayı azaldı
- Elvin Cəfərquliyev zədələndi - İki həftə olmayacaq
- TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı
- Məşhur yükdaşıma xidməti işçinin pulunu kəsdi