AMB "Eliko"nun vəzifəli şəxsini cərimələdi

15:51 - 17 Avqust 2026 - GÜNDƏM

 AMB

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan "Eliko" MMC-nin vəzifəli şəxsini cərimələyib.

BUTA.TV bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən "Eliko"nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol