Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza

12:30 - 20 Avqust 2026 - GÜNDƏM

 Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza

Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.

BUTA.TV” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.

Sözügedən turda baş tutan “Qarabağ” – “Şamaxı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.

Qeyd edək ki, “Sumqayıt” klubunun kapitanı Səbuhi Abdullazadə “Neftçi” ilə matçda qırmızı vərəqə alıb meydandan çıxarkən stadionun qapısını sındırmışdı və nəticədə şüşə onun ayağına düşərək ciddi zədə almasına səbəb olmuşdu.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol