İsmayıllıda qəzada 2 nəfər həlak oldu - Biri körpədir - Yenilənib

13:37 - 20 Avqust 2026 - GÜNDƏM

 İsmayıllıda qəzada 2 nəfər həlak oldu - Biri körpədir - Yenilənib

Bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV” xəbər verir ki, “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.

Nəticədə, “Hyundai”da olan 2 nəfər həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Hadisə nəticəsində ölən şəxslərin 60 yaşlı Elina Məmmədova və 1 yaşlı körpə olması müəyyənləşib.

***

Qəza zamanı Türkanə Sadıqova (29 yaş), İlahə İsmayılova (25 yaş), Məmməd Məmmədov (25 yaş), Faiq İsmayılov (25 yaş) və Zahid Nuriyev (25 yaş) xəsarət alıb.




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol